Təkəli ictimai məktəbinin şagirdlərin Gürcüstanın Birinci kanalının
nəzdində fəaliyyət göstərən İkinci kanalda yayımlanan Tele-məktəb
dərsləri ilə bağlı məlumatları yoxdur.
Gürcüstanda bütün təhsil müəssisələrində koronavirusa görə aprelin
21-ə kimi tətil elan edilib. Şagirdlərin dərslərindən geri
qalmamaları üçün Gürcüstanın İkinci kanalında tele-dərslər
keçirilir, məqsəd şagirdlərin evlərində dərslərinə qaldığı yerdən
davam etməsidir. Təkəli məktəbində 260-a yaxın şagird təhsil alır
və martın 21-dən distant təhsil rejiminə keçib. Bəs Təkəli
məktəbində təhsil alan şagirdlər İkinci kanalda verilən derslərə
baxırlarmı?
18 yaşlı Abdulla Hüseynov Təkəli ictimai məktəbinin 12-ci sinif
şagirdidir. O, məktəb distant rejimə keçdiyi gündən dərslərdən geri
qalmamaq üçün çalışdığını bildirir.
“Dərslərimizi Microsoft Teams-də keçirik və qaldığımız
yerdən davam edirik. Amma İkinci kanaldan verilən tele-dərslərə
baxa bilmirəm, çünki belə bir kanalın mövcudluğu haqqında məlumatım
yoxdur”,– Hüseynov dedi.
Lalə Məmmədova 3 uşaq anasıdır. O, gürcü dilini bilmədiyinə görə
Gürcüstanda nə baş verdiyindən xəbərsiz olduğunu deyir.
“Məktəbimizin distant təhsil rejiminə keçməsi məni və
eləcə də bütün valideynləri sevindirdi, ancaq 1-ci kanalda
dərslərin verilməsi barədə heç bir məlumatım yoxdur”,
– Məmmədova dedi.
Təkəli məktəbinin şagirdləri İkinci kanalda verilən dərslərə baxa
bilməsələr da onlayn yolla dərslərinə qaldıqları yerdən davam
edirlər.