Koronavirusa görə Kürtlər ərazi vahidliyinə daxil olan kəndlərdə əhalinin temperaturu təkrar ölçülür
Bu gün, 9 aprel tarixində koronavirusa görə Kürtlər ərazi vahidliyinə daxil olan Kürtlər, Baydar, Lejbəddin və Böyük Muğanlı kəndlərində kənd həkimləri tərəfindən əhalinin temperaturu təkrar ölçülür. Bu haqda məlumatı Marneuli bələdiyyə məclisinin deputatı Omar İrişov verdi. Onun sözlərinə görə, həkim ərazi vahidliyində ötən gündən çalışmağa başlayıblar.

Omar İrişovun dediyinə görə, Xutor Lejbəddin kəndində isə əhalinin istiliyi ölçülməsinə yaxın günlərə başlanılacaq.

Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixində ciddi rejimli karantin elan edilmişdi. Bu barədə Gürcüstan baş naziri Qiorqi Qaxaria bəyan etmişdi.

31 mart tarixində isə bütün Gürcüstan ərazisində komendant saatı elan olunub. Vətəndaşlara axşam saat 9-dan səhər saat 6-dək evdən çıxmaq qadağan olunur.

Print Email
FaceBook Twitter Google