"Bir nömrəli məsələ məhsulların satılmasıdır", - Zaur Darğallı
"Bir nömrəli məsələ məhsulların satılmasıdır", - bu sözləri Şulaveri ərazisində keçirilən aksiya zamanı Manreuli meri Zaur Darğallı deyib. O, bildirib ki, alıcılar hər gün məhsulu almağa gələcək.

"Bir nömrəli məsələ məhsulların satılmasıdır. İndi hər bir kəndin mərkəzinə maşınlar girəcək və sizin yığılmış hər bir məhsulunuzu çıxaracaq. Hər gün məhsulu almağa gələcəklər. Buna görə də kəndlərnizin mərkəzində bir yer seçin. Ora məhsul yığılacaq, öz şəxsi maşınlarnızla ora gətirə bilərsiniz. Maşınlar gəlib sizin məhsulu aparacaq. Siz məhsulunuzu Marneuli daxilində dükanlara və yaxud başqa yerlərdə sata bilərsiniz. Maşına icazə verilir. Əgər sizin şəxsi alıcınız varsa, hansı ki, başqa rayonlardan gəlib alır, həmin maşınlar da gəlib sizin məhsuları ala bilər. Şəxsi əlaqəniz varsa, onlar üçün heç bir problem yaranmayacaq", - Zaur Darğallı aksiya zamanı bildirdi.

Xatırladaq ki, bu gün, 22 aprel tarixində Marneuli rayonunun Ağməmmədli, Qasımlı, Ulaşlı, Qırxılı, Aşağı Qullar, İmir və Şulaver kəndlərinin sakinləri Şulaveridə etiraz aksiyası keçiriblər. Aksiyada əhali becərdiklər məhsulu bazara çıxardıb sata bilmədiklərindən şikayət ediblər. Buna görə də kənd sakinləri Marneuli-Sadaxlı yolunun hərəkət hissəsini bağlayıblar. Marneuli meri Zaur Darğallı, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, Avropalı Gürcüstan partiyasının siyası şurasının üzvü Əhməd İmamquliyev və müxalif partiyanın deputatı Azər Süleymanov da aksiyanın keçirildiyi ərazidə olublar.

"Marneuli" Radiosu
Print