Aşağı Saral kənd sakinləri məhsullarını satmaq üçün Zaur Darğallını gözləyirlər – (VİDEO)
Bu gün, 5 may tarixində Aşağı Saral kənd sakinləri kəndin mərkəzinə toplaşaraq mer Zaur Darğallının kəndə gəlməsini gözləyirlər.

Kənd sakinləri “Marneuli” radiosu ilə söhbətləri zamanı bildirdilər ki, kəndin mərkəzinə toplaşmalarının əsas səbəbi əkdikləri məhsulları sata bilməmələridir.

“Yemək almağa pul yoxdur. Əkdiyim pomidoru, xiyarı, kələmi sata bilmirəm. Kənd təsərrüfatı məhsulları çöldə qalıb. Bu ayın axırına kimi 45% sakinlər ac qalacaq, 1 ay sonra 53% ac qalacaq. Yuxarıda oturanlar qazanacaq, xalq acından qırılacaq”, – kənd sakini deyir.

Sakinlər bildirirlər ki, kənddə əsas qalan məhsul kələmdir ki, onun da qiyməti 50 tetridir.

“Bu kənddə heç olmazsa 1 000 tona yaxın kələm var. Bunlar gözlə deyirlər, amma gözləməklə deyil, kələm gözləmir, partlayır. Xarab olub gedir məhsul. Şirkətlər gəldi, 100 tona yaxın məhsul alıb apardı, amma sonra gəlmədilər, cəmi 4 dəfə gəldilər. Elə adam var 1 hektar kələm əkib, eləsi var daha çox əkib. O da 50 metr uzunluqda yerə əkilən kələm deməkdir. Bizi qane etmir, sadəcə məcburiyyətdən satırıq”, – kənd sakinləri deyirlər.

Onların sözlərinə görə, meriya tərəfindən göndərilmiş maşınlar cəmi 100 kiloqram məhsul alıb, bu isə sakinləri qane etmir. Sakinlər məhsullarının qaldıqca məhv olduğunu deyirlər.

Print Email
FaceBook Twitter Google