Marneulinin “Geo Hospitals” klinikasından Luqar labortaoriyasına göndərilmiş doqquz analizdən hamısının cavabı mənfidir
Marneulinin “Geo Hospitals” klinikasından Luqar labortaoriyasına göndərilmiş doqquz analizdən hamısının cavabı mənfidir.
Bu haqda “Marneuli” radiosuna mərkəzin kliniki direktoru Tata Şenqelaia məlumat verib. Onun sözlərinə görə, koronavirusa görə götürülmüş 9 analiz Luqar laboratoriyasına göndərilibmiş. Analizlər Marneulili və Bolnisili xəstələrdən götürülüb və yoxlanılması üçün ötən gün, 4 may tarixində göndərilib. Klinikadan bu gün də analizlərin göndəriləcəyi gözlənilir.

Bu günə olan məlumatlara görə, Gürcüstanda 604 nəfər koronavirusa yoluxub, onlardan 240 nəfəri sağalıb, 9 nəfəri isə dünyasını dəyişib. 2 may tarixinə olan məlumata görə, Marneulidə virusa ümumilikdə 33 nəfər yoluxub. 2 may tarixində Marneulinin təcili yardım xidmətinin 8 əməkdaşında COVİD-19 təsdiqlənib.

Gürcüstan hökuməti 23 mart tarixindən Marneuli və Bolnisi bələdiyyələrində sərt karantin elan edib. Bələdiyyələrə giriş-çıxış qadağandır. Girişlərdə 12 buraxılış məntəqəsi yaradılıb.
Print Email
FaceBook Twitter Google