Aşağı Saral sakinləri fərdi sahibkarın təklifi ilə razılaşmırlar
Aşağı Saral kənd sakinləri məhsullarını satmaq üçün fərdi sahibkarla görüşüblər.
Sahibkar yoxlamaq üçün sakinlərin 1 ton məhsulunu alaraq Rusiyaya göndərmək istəyib. Lakin kənd sakinləri məhsullarnın çox olduğunu deyirlər və sahibkarın təklifi ilə razılaşmırlar.

“Kələmdir, kartofdur problem. Banka 3 000 pul verəsiyəm, nəyə görə məhsulu ucuz qiymətə satmalıyam. 40 tetri ilə bank krediti ödənilir? Qaz, işıq pulu ödəyirlər, lazımdırmı mənə? Ödəməsin, özüm ödəyərəm. Nə qədər evdə qalan kələm, kartofu yemək olar?! Kənddə fordlar boş qalıb, alıb ki, işləsin, iş yoxdur nə etsinlər?” – Kənd sakinləri deyirlər.

“3 000 lari cərimə yazıblar, amma nə ilə ödəyim, bilmirəm.”


Kənd sakinləri artıq 1 saatdan çoxdur ki, Marneuli meri Zaur Darğallının kəndə gedərək onlarla görüşməsini gözləyirlər.



Print Email
FaceBook Twitter Google