Marneuli bəldiyyəsinin yerli özünüidarəsi Xocorni kəndinə gedən
yola asfalt qatının çəkilməsi üçün lazım olan layihə-smeta
sənədləri ilə bağlı tender elan edib.
Tenderin şərtlərinə görə, kəndə gedən yola təxminən 2 400 məsafədə
4,5 metr enində ikiqat asfalt çəkiləcək. Amma ərazidə
layihələşdirmə prosesi zamanı məsafə dəyişə bilər.
Yerli özünüidarə tenderi 1 may tarixində elan edib. Tenderdə
iştirak etmək istəyən şirkətlər 9 maydan 11 maya qədər öz
təkliflərini təqdim edə bilərlər.