Meriya Xocorni kəndinə gedən yolun layihə-smeta sənədləri üçün 14 400 lari xərcləyəcək
Marneuli bəldiyyəsinin yerli özünüidarəsi Xocorni kəndinə gedən yola asfalt qatının çəkilməsi üçün lazım olan layihə-smeta sənədləri ilə bağlı tender elan edib.

Tenderin şərtlərinə görə, kəndə gedən yola təxminən 2 400 məsafədə 4,5 metr enində ikiqat asfalt çəkiləcək. Amma ərazidə layihələşdirmə prosesi zamanı məsafə dəyişə bilər.

Yerli özünüidarə tenderi 1 may tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 9 maydan 11 maya qədər öz təkliflərini təqdim edə bilərlər.


"Marneuli" Radiosu

Print