Marneuli açıq aqrar bazarında bugünkü məhsulların qiyməti
Marneulinin açıq aqrar bazarında əhali sıxlığı hiss olunur. Bazar ərazisinə giriş-çıxışa isə nəzarət edilirdi. Bazara giriş zamanı bütün maşınlar dezinfeksiya olunurdu. Əhalinin hərarəti ölçülür, əlləri dizenfeksiya edilir və maskasız içəri buraxılmırdı.

Açıq məkanda ikitərəfli təxminən 60-70 piştaxta düzülüb və səhər saat 06:00-dan alıcıları qəbul edir. Ərazidə maskasız heç kimi gəzmir, buna bazar rəhbərliyi və Marneuli meriyası nəzarət edir. Məsafə saxlamaqla bağlı isə satıcılar tez-tez xəbərdarlıq alır.

“Marneuli” radiosunun əməkdaşları bazarda satılan məhsulların qiymətləri ilə maraqlanıb. Həmin qiymətləri sizə təqdim edirik.
  • Marneuli bazarında bu gün çəhrayı pomidorun 1 kq-nın qiyməti 4,50 laridir.
  • Qırmızı pomidor – 3,50-4,50 lari
  • Təzə kartof – 1,50 lari,
  • Köhnə kartof – 1,30 lari
  • Kök və çuğundur – 2 lari
  • Badımcan – 3 lari
  • Soğan – 1,30-1,50
  • Xiyar – 2 lari
  • Kələm – 0,50-0,60 lari
  • Bolqar bibəri – 6 lari
  • Alma – 3,70-4 lari
  • Portağal – 4,50 lari
  • Alça – 5 lari
  • Keşnişin 6 dəstəsi, reyhanın 4 dəstəsi, cəfərinin 3 dəstəsi, şüyüdün 4 dəstəsi, yaşıl soğanın isə 10 dəstəsi 1 laridir.
Koronavirusun yayılmasının qarşısını alınması məqsədi ilə Marneuli açıq aqrar bazarı 6 aprel tarixindən bağlanmışdı. Hökumətin tövsiyələrinə əsasən bazarı 27 aprel tarixində fəaliyyətini bərpa edib.

Marneuli bələdiyyəsində 23 mart tarixində sərt karantin rejimi elan edilib. Bələdiyyəyə giriş və çıxış qadağandır. Girişlərdə 12 buraxılış məntəqəsi yaradılıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər