Marneulinin “Geo Hospitals” klinikasında heç bir xəstədə koronovirus təsdiqlənməyib

Marneulinin “Geo Hospitals” klinikasından Luqar laboratoriyasına göndərilən beş analizin cavabı mənfidir.



Marneulinin “Geo Hospitals” xəstəxanasının kliniki direktoru Tata Şenqelaianın “Marneuli” radiosuna verdiyi məlumata görə, analizlər laboratoriyaya 6 may tarixində göndərilib.

7 may tarixində saat 15:00-a olan məlumatlara görə, klinikaya koronovirus əlamətləri ilə beş xəstə gətirilib. Onların analizini günün sonunda Luqar laboratoriyasına göndərəcəklər. Cavablar sabah 8 may tarixində məlum olacaq.

6 may tarixində Marneulidə koronovirusla bağlı geniş şəkildə testlər götürülüb. Ümumilikdə 303 nəfərdən analiz götürüblər. Bu haqda "Marneuli" radiosuna Marneuli meri Zaur Darğallı bildirib və qeyd edib ki, söhbət meriya və başqa qurumların əməkdaşlarından gedir. Darğallının sözlərinə görə, analizin birinci mərhələsi Marneulidə 6 may tarixində keçirilib.

"Dünən PCR analizlər edildi. Əhali ilə gündəlik təmasda olan adamlar yoxlamadan keçəcək. Bunlar müxtəlif qurumların, özəl sektor və dövlət xidmətlərinin nümayəndələridirlər. Dünənlə bağlı yaxşı xəbərlərimiz var. 303 analizdən hamısı mənfidir", – Darğallı deyib.

Marneulidə PCR testləri Xəstəliklərə Nəzarət Mərkəzinin nümayəndələri həyata keçirir. Zaur Darğallının dediyinə görə, analizlər müxtəlif ərazilərdə aparılır və mərhələli şəkildə həyata keçiriləcək.

 

Print Email
FaceBook Twitter Google