Marneulinin "Geo Hospitals" klinikasında PCR testi keçirilir
“Marneuli” radiosunun məlumatına görə, hazırda tibb bacıları, mağaza heyəti və aptek əməkdaşları koronavirusa görə testdən keçirlər.

Marneulinin tibb mərkəzlərindən birinin qeydiyyatçısı Ketevan Kveladze yenicə testdən keçirilib. O, hər gün onlarla adamla təmas qurmalı olur.

“Klinikaya gedən zaman növbədə durmalı oldum, sonra qeydiyyatdan keçdik və analiz vermək üçün daxil oldum. Düzünü deyim ki, analiz götürməyin necə olduğunu bilmirdim. Burun və boğazımdan analiz götürdülər. Bir az narahatçılıq hissi olur başqa heç nə. Dedilər cavab sabah olacaq və zəng vuracağıq. Gözləyirəm, çox maraqlanıram və ümid edirəm hər şey yaxşı olacaq.”

Marneulidə PCR test iki yerdə “Geo Hospitals”-da və Marneuli Rayonlararası Xəstəxanada (köhnə xəstəxana) aparılır.



Biz təfərrüatları müəyyənləşdirmək üçün səhərdən Marneulinin İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eteri Laperadze ilə əlaqə saxlamağa çalışırıq.

Ancaq o, müsahibə verməkdən imtina etdi.
Bələdiyyədə testlərin götürülməsinə dünəndən başlanılıb və 303 nəfər testdən keçib. Bütün cavablar mənfidir.

Print Email
FaceBook Twitter Google