6-7 ildir tamamilə quruyan Bolnis çayı (Poladauri çayı) bu günlərdə bol sulu gəlməyə başlayıb
Bolnisi çayı, Çatax kəndindən (Poladauri kəndi) başlayaraq Şəmşiöyü, Xaçın, Kəpənəkçi kəndlərinin içindən keçir.
Son illər havanın quraqlıq keçməsinə görə, çay tamamilə qurumuşdu. Çay kənarında yaşayan əhali illər sonra Bolnis çayının bir də gələcəyindən ümid etmirdi. Bu gün sakinlər suyun səsini eşidirlər.

Bolnis çayından əvvəllər əhali əsasən suvarma sahəsində istifadə edirdilər. Bu çay quruduqdan sonra isə uzaq məsafədə olan başqa bir çaydan çətinliklə su ayırıb məhsullarını suvarırlar.

“Heç kəsin ümidi yox idi ki, bu çay bir də gələr. Amma son günlər havaların bol yağışlı keçməsindən sonra çay nəhayət ki, gəldi. Meyvə-tərəvəzlərini rahatlıqla suvara biləcəkləri üçün kənd sakinləri bu hadisəyə çox sevindi. Suvarma işlərimizi uzaqda olan çaydan gətirmək çox çətin idi və yetərincə təsirli olmurdu, amma bu mövsüm hər kəs məhsulunun daha çox olacağına inanır”, – Kəpənəkçi kənd sakini, Məhərrəm Göyüşlü dedi.

Məhərrəm Göyüşlü təəssüflə qeyd edir ki, əgər havalar yenə çox quraqlıq keçsə, bir neçə aydan sonra çay yenidən quruyacaq.



Müəllif: İdris Rüstəmov

Print Email
FaceBook Twitter Google