Marneulinin “Geo Hospitals” klinikasının 15 əməkdaşından
koronavirusa görə analiz götürülüb.
“Geo Hospitals”-ın kliniki direktoru “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirib ki, analizlərin cavabı mənfidir.
“Bu gün bu qrupun iki günlük növbətçiliyi başa çatdı və
ona görə analiz götürüldü. Heç birində virus
aşkarlanmadı”, – Tata Şenqelaia bildirib.
“Geo Hospitalsın” kliniki direktoru bizimlə söhbətində bildirdi ki,
7 may tarixində klinikadan 15 əməkdaşın analizi laboratoriyaya
göndərilib. Onların cavabı bu gün 8 may tarixində məlum olub.
Marneuli bələdiyyəsi 23 may tarixində bağlanıb. Bələdiyyəyə
giriş-çıxış qadağandır. Girişlərdə 12 buraxılış məntəqəsi
yaradılıb.
7 may tarixində Marneulidə 370 nəfər koronavirus testindən
keçirilib. Hazırda onların cavabını gözləyirlər.