Marneulinin “Geo Hospitals” klinikasının 15 əməkdaşından götürülmüş analizlərdə koronavirus təsdiqlənməyib
Marneulinin “Geo Hospitals” klinikasının 15 əməkdaşından koronavirusa görə analiz götürülüb. “Geo Hospitals”-ın kliniki direktoru “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, analizlərin cavabı mənfidir.

“Bu gün bu qrupun iki günlük növbətçiliyi başa çatdı və ona görə analiz götürüldü. Heç birində virus aşkarlanmadı”, – Tata Şenqelaia bildirib.

“Geo Hospitalsın” kliniki direktoru bizimlə söhbətində bildirdi ki, 7 may tarixində klinikadan 15 əməkdaşın analizi laboratoriyaya göndərilib. Onların cavabı bu gün 8 may tarixində məlum olub.

Marneuli bələdiyyəsi 23 may tarixində bağlanıb. Bələdiyyəyə giriş-çıxış qadağandır. Girişlərdə 12 buraxılış məntəqəsi yaradılıb.

7 may tarixində Marneulidə 370 nəfər koronavirus testindən keçirilib. Hazırda onların cavabını gözləyirlər.

"Marneuli" Radiosu
Print