Marneulinin təcili yardım xidmətinin daha bir əməkdaşında koronovirus təsdiqlənib
Bu gün, 8 may tarixində Marneuli bələdiyyəsində götürülmüş 370 analizin cavabı məlum olub. Marneuli meri Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 370 analizdən yalnız birinin cavabı müsbətdir.

“Yalnız bir nəfərin cavabı müsbətdir. O, Marneuli təcili yardım xidməti klasterindəndir. Özünütəcriddə idi və heç kimlə təmasda olmayıb”, – Zaur Darğallı bildirib.

Marneuli təcili yardım xidmətinin 8 əməkdaşında 2 may tarixində koronovirus təsdiqlənmişdi. Təcili yardımın əməkdaşları karantindədirlər.

Marneuli merinin bildirdiyinə görə, Marneulidə ümumilikdə 25 nəfər virusa yoluxub və onlardan 15 nəfəri sağalıb.

7 may tarixində Marneulinin “Geo Hospitals” klinikasının 15 əməkdaşı və 5 xəstədən koronavirusa görə analiz götürülüb. Onların cavabı da mənfidir.

6 may tarixində koronavirusla bağlı geniş miqyaslı test aparılıb. Ümumilikdə 303 nəfərdən analiz götürülüb. Onların heç birində virus təsdiqlənməyib.

Marneuli bələdiyyəsi 23 may tarixində bağlanıb. Bələdiyyəyə giriş-çıxış qadağandır. Girişlərdə 12 buraxılış məntəqəsi yaradılıb.

18 may tarixindən Marneuli açılacaq. Bu haqda Qiorqi Qaxaria 7 may tarixində hökumət iclasında bildirib.

Print Email
FaceBook Twitter Google