Marneulidən koronavirusa görə götürülmüş 345 analizin cavabı mənfidir
7 may tarixində Marneulidə 370 nəfər koronavirus testindən keçib. Marneuli meri Zaur Darğallının “Marneuli” radiosuna verdiyi məlumata görə indiki mərhələdə son 15 testin cavabını gözləyirlər.

“Aldığımız qalan cavablara görə, heç kimdə koronavirus təsdiqlənməyib. Bu adamlar əhali ilə təmasda olan dövlət məmurları və özəl sektor nümayəndələridirlər”,
– Zaur Darğallı bildirib.

7 may tarixində Marneulinin “Geo Hospitals” klinikasının 15 əməkdaşı və 5 xəstədən koronavirusa görə analiz götürülüb. Onların cavabı da mənfidir.

6 may tarixində koronavirusla bağlı geniş miqyaslı test aparılıb. Ümumilikdə 303 nəfərdən analiz götürülüb. Onların heç birində virus təsdiqlənməyib.

Marneuli bələdiyyəsi 23 may tarixində bağlanıb. Bələdiyyəyə giriş-çıxış qadağandır. Girişlərdə 12 buraxılış məntəqəsi yaradılıb.

18 may tarixindən Marneuli açılacaq. Bu haqda Qiorqi Qaxaria 7 may tarixində hökumət iclasında bildirib.

Mənbə: marneulifm.ge
Print Email
FaceBook Twitter Google