Marneulinin “Geo Hospitals” klinikasında heç bir xəstədə koronavirus təsdiqlənməyib
Marneulinin “Geo Hospitals” klinikasından Luqar laboratoriyasına göndərilən 5 testin cavabı mənfidir.

“Geo Hospitals”ın kliniki direktoru Tata Şenqelaia “Marneuli” radiosuna bildirib ki, xəstələrdən 7 may tarixində analiz götürülüb.

Koronavirusla bağlı 15 həkimdən analiz götürülüb. Tata Şenqelaianin bildirdiyinə görə, onların heç birində koronavirus təsdiqlənməyib.

Marneuli bələdiyyəsi 23 may tarixində bağlanıb. Bələdiyyəyə giriş-çıxış qadağandır. Girişlərdə 12 buraxılış məntəqəsi yaradılıb.

Print Email
FaceBook Twitter Google