Koronavirusun yayılmaması üçün Gürcüstan dövləti karantin rejimi
elan etdi. Artıq 2 aydır ki, karantin rejimi hökm sürür.
İnsanların evdə qalıb sağlamlıqlarını riayət etmələri bu peridu
daha asantlaşdırır. Bəs Təkəli gəncləri evdə qalaraq boş vaxtlarını
necə dəyərləndirirlər?
Təkəli gəncləri karantin günlərinin onlar üçün səmərəli keçdiyini
söyləyirlər.
18 yaşlı Gülxanım Cəfərova boş vaxtını Vahid Milli İmtahanlara
hazırlaşaraq keçirdiyini söyləyir.
“Bu boş vaxt mənim
arzumu yerinə yetirməyə imkan yaratdı. Məktəb vaxtından kitab
yazmağa başlamışdım, ancaq çox vaxtım olmurdu deyə davam etdirə
bilmirdim. boş vaxtımdan istifadə edərək “Gülümsə" adlı kitabımı
yazmağa davam edirəm”, – Gülxanım dedi.
Sevin Hüseynova 18 yaşındadır. O kiçik yaşlarında rəsm çəkməyə
marağı olduğunu söyləyir.
“Mən kiçik yaşlarımda rəsm çəkirdim, ancaq məktəb vaxtı çox vaxtım
olmadığından rəsm çəkməyə vaxt ayıra bilmirdim. Koronavirusa görə
yaranmış boş vaxt bu bacarığımı inkişaf etdirməyə imkan
yaratdı”, – Hüseynova dedi.
İnsan ziyanı xeyrə çevirməyi bacarmalıdır. Boş vaxtları düzgün və
səmərəli istifadə edərək özünüzü yenidən kəşf etmək öz
əllərinizdədir.
Müəllif: Cəsur Hacıyev