Karantin günlərində Təkəli gəncləri boş vaxtlarını nəyə sərf edirlər – FOTO
Koronavirusun yayılmaması üçün Gürcüstan dövləti karantin rejimi elan etdi. Artıq 2 aydır ki, karantin rejimi hökm sürür.

İnsanların evdə qalıb sağlamlıqlarını riayət etmələri bu peridu daha asantlaşdırır. Bəs Təkəli gəncləri evdə qalaraq boş vaxtlarını necə dəyərləndirirlər?
Təkəli gəncləri karantin günlərinin onlar üçün səmərəli keçdiyini söyləyirlər.

18 yaşlı Gülxanım Cəfərova boş vaxtını Vahid Milli İmtahanlara hazırlaşaraq keçirdiyini söyləyir. “Bu boş vaxt mənim arzumu yerinə yetirməyə imkan yaratdı. Məktəb vaxtından kitab yazmağa başlamışdım, ancaq çox vaxtım olmurdu deyə davam etdirə bilmirdim. boş vaxtımdan istifadə edərək “Gülümsə" adlı kitabımı yazmağa davam edirəm”, – Gülxanım dedi.

Sevin Hüseynova 18 yaşındadır. O kiçik yaşlarında rəsm çəkməyə marağı olduğunu söyləyir.

“Mən kiçik yaşlarımda rəsm çəkirdim, ancaq məktəb vaxtı çox vaxtım olmadığından rəsm çəkməyə vaxt ayıra bilmirdim. Koronavirusa görə yaranmış boş vaxt bu bacarığımı inkişaf etdirməyə imkan yaratdı”,
– Hüseynova dedi.



İnsan ziyanı xeyrə çevirməyi bacarmalıdır. Boş vaxtları düzgün və səmərəli istifadə edərək özünüzü yenidən kəşf etmək öz əllərinizdədir.

Müəllif: Cəsur Hacıyev
"Marneuli" Radiosu
Print