Gənclər son zənglərini belə keçirdilər – (Foto/Video)
Sadaxlı kəndinin 1 və 2 saylı məktəblərinin 12 sinif şagirdlərindən bir neçə dost son zəngi məktəbdə qeyd edə bilmədikləri üçün, toplaşaraq meşəyə gedib və orada qeyd ediblər.
Biz də bu gözəl mənzərəyə şahid olduq. Onlar məktəb xatirələrini bölüşdülər, maraqlı oyunlar oynadılar, bir-birilərinin məzun lentlərinə öz ürək sozlərini yazdılar. Bir sözlə məktəbsiz son zəng keçirdilər və bunu “Kitayski son zəng” adlandırdılar.



Bildiyiniz kimi, hər il 15 – 25 may aralığında 12-ci siniflər məzun olar və son zəng qeyd edərdilər. Amma bu il koronavirusa görə heç bir məzun məktəbdə son zəngi qeyd edə bilmədi, məktəb həyatının ən önəmli, ən maraqlı anlarından birini yaşaya bilmədilər. Bunun üçün də demək olar ki, hər bir məzun çoz üzgündür.

“Məktəbi çox sevirəm, ömrümün 2/3 hissəsini məktədə keçirmişəm. Bəzən gülmüşük, bəzən ağlamışıq, bəzən də istəmədən belə olsa, müəllimlərimizin qəlbini qırmışıq, dərsdən qaçmışıq, amma hər zaman sonunda doğru olanı bilmişik. Və indi isə, illərdir bizlər üçün əziyyət çəkən müəllimlərdən, qardaş-bacı kimi olduğumuz sinif yoldaşlarımızdan sağollaşmadan ayrılmaq məcburiyyətindəyik”,
– Eldar Meyxanımov dedi.



“Kim istəməz ki, o son zəngi çalmaq?! Kim istəməz ki hər məktəbli kimi öz son zəngində öz xatirələrini danışmaq?! Düşünməzdim ki, son zəng qeyd etmədən məktəbdən ayrılaram. Amma nə edək, ölkəmiz çətin dönəmdən keçir. Bir vətəndaş kimi bizim də üstümüzə düşən qaydalara riayət etməkdir. Ümid edirəm ki tezliklə hər şey yaxşı olacaq“, – Eltun Şərifov dedi.



Müəllif : İdris Rüstəmov
Print Email
FaceBook Twitter Google