Bu gündən hansı məhdudiyyətlər ləğv olunur (VİDEO)
Bu gün, 18 may tarixində Gürcüstan hökumətinin qərarı ilə fövqəladə vəziyyətdə tətbiq olunan üç məhdudiyyət götürülür.

Bu gündən Marneulinin xüsusi karantin zona statusu götürülür, Marneuli bələdiyyəsi açılıb və vətəndaşlar məhdudiyyətsiz şəkildə hərəkət edə bilərlər.

3 nəfərdən artıq şəxsin bir yerə toplaşması məhdudiyyəti götürülür. Bu avtomobildə olan adamların sayının məhdudlaşdırılmasına aid deyil. Qeyd edək ki, 10 nəfərdən artıq şəxsin toplanması məhdudiyyəti qüvvədə qalır.

Bu gündən gözəllik salonları və estetika mərkəzləri da açılır.

Eyni zamanda, bu gündən vətəndaşlar sürücülük vəsiqəsinin praktiki imtahanını verə bilərlər. Qeyd edək ki, nəqliyyat vasitəsinin nəzəri imtahanı üçün növbə almaq, nəzəri imtahana qəbul və odlu silahın qeydiyyatı ilə bağlı proseduralar hələ həyata keçirilmir.

Gürcüstan hökumətinin qərarı ilə ölkə miqyasında fövqəladə vəziyyəti 22 may tarixinə qədər davam edəcək.



Print Email
FaceBook Twitter Google