Marneulinin “Geo Hospitals” klinikasında iki həftədir koronovirus qeydə alınmayıb
Bu gün, 18 may tarixində Marneulinin “Geo Hospitals” klinikasında koronavisurla bağlı 6 testin cavabını alıblar.

Marneuli “Geo Hospitals” xəstəxanasının kliniki direktoru Tata Şenqelaia “Marneuli” radiosu ilə söhbətində bildirib ki, altı testin cavabı da mənfidir. Xəstələrdən dörd nəfəri Marneulili, bir nəfəri Tetritskarolu, biri isə Tbilisilidir.

Marneulidəki “Geo Hospitals” klinikasında 14 gündür ki, koronavirus qeydə alınmayıb. 6 maydan 9 may tarixinə qədər aparılan 1635 testdən yalnız ikisinin cavabı müsbətdir.

Marneuli bələdiyyəsi 55 gündən sonra bu gün, 18 may tarixində açılıb.

Marneuli 22 mart tarixindən bağlı idi. Marneulili qadında virus aşkarlandıqdan sonra Marneulidə sərt karantinin elan olunmuşdu.

Print Email
FaceBook Twitter Google