“Gürcü arzusundan” Marneulinin majoritar deputatının kim olacağı hələ ki, məlum deyil
Parlament seçkilərinə təxminən 5 ay qalıb. “Gürcü arzusundan” Marneulinin majoritar deputatı Tamaz Naveriani Marneulidən majoritarlığa kimin namizəd olacağını hələ bilmir.

“Hələ qərar qəbul edilməyib və hələ ki, bu haqda söhbət aparılmır. Yaxın gələcəkdə olacaq. Gözləyək, hadisələri qabaqlamayaq” -o, deyib.

Naverianinin majoritarlığa namizəd rolunda özünü görüb görməməsi ilə bağlı “Marneuli” radiosunun sualına o, cavab verib ki, bu məsələ ilə bağlı komandanın mövqeyinin və baxışının necə olacağı əhəmiyyətlidir.

“Baxaq qərar verənlərin bu məsələ ilə bağlı mövqeyi necə olacaq və ona əsasən qərar qəbul edəcəyik. Mən ancaq bunu deyə bilərəm”, - Tamaz Naveriani deyib.

2020-ci ilin Parlament seçkiləri yenidən qarışıq qaydada keçiriləcək. Ancaq majoritar və proporsional deputatların sayı dəyişmiş olacaq.

120/30, müxalifət və iqtidar partiyasının razılaşması ilə proporsional və majoritar qaydada seçilmiş deputatların sayı belə bölünüb.

2016-cı ildə keçirilən Parlament seçkilərinə əsasən Marneuli iki majoritar dairəyə bölünmüşdü. Yeni sistemə əsasən isə Marneulidə yalnız bir majoritar dairə olacaq.
Print Email
FaceBook Twitter Google