Marneulidə karantinə görə fermer əkdiyi çiyələyi ucuz qiymətə satmalı olub – (Foto/Video)
44 yaşlı Axlı-Lələ kənd sakini Ramil Quliyev 9 ilə yaxındır ki, 1 hektarlıq əkin sahəsində ilin 11 ayını işləyir və 2000 metrlik əkin sahəsində çiyələk əkir.

Quliyev asan işin olmadığını və hər iş kimi çiyələk əkməyin də çətin olduğunu deyir. Onun sözlərinə görə, bir fəsil ərzində təxminən 7-9 ton çiyələk toplayır.

“Çətindir, asan heç nə yoxdur, çətindir. 11 ay işləyirik 30 gün yığırıq-satırıq. Birdən qiymətə getmir xərci həddinən artıq çox olur”, – fermer Ramil Quliyev dedi.

Quliyev deyir ki, koronavirusun Marneuli və Bolnisi bələdiyyələrində təsdiq olunması onun məhsul yığımını həyata keçirməsinə mane olub. Fermer deyir ki, məhsulu yığmaq üçün hər il işçiləri Bolnisidən gətirirmiş. Lakin Bolnisi bələdiyyəsində koronavirusun təsdiq olunmasından, bələdiyyəyə giriş-çıxışa qadağa qoyulmasından sonra o, məhsul yığımını həyata keçirmək üçün işçi qüvvəsini bir araya toplaya bilməyib.

Quliyev işçilərinin gələ bilmədiyinə və suvarma suyu ilə bağlı problemlər yaşadıqlarına görə məhsulun toplama işlərininin gecikdiyini bildirdi.

“Bu günkü gündə də işçilər gələ bilmədilər. Bu da ötüb gedir, yığanımız yoxdur. Vaxtında kətənləyə, suvara bilmədik. Suyumuz biraz çətin olur. Ona görə gec yetişdi”.

Bu gün çiyələyi 1,80 – 2 lariyə satan fermer deyir ki, işlərini vaxtında həyata keçirə bilsə indi məhsulunu 2 deyil 4 lariyə sata bilərdi.

“Vaxtında sulanıb, vaxtında kətənlənsəydi, vaxtında biz də 4 lariyə sata bilərdik. Siftə edə bilərdik”, – R.Quliyev deyir.

O, xarab məhsulun satılmamasına xüsusi ilə diqqət etdiyini və məhsul satışı zamanı alıcılara xarab məhsul satmadığını bildirdi.



Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google