Marneulidə “Yay bağçasının” fəaliyyət göstərəcəyi hələ məlum deyil

Marneulidə “Yay bağçasının” fəaliyyət göstərəcəyi hələ məlum deyil. Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov deyib ki, bunların hamısı epidemioloji vəziyyətdən asılıdır.


“22 may tarixindən sonra məlumatımız olacaq. Əgər fövqəladə vəziyyət ləğv olunarsa ola bilsin oldu. Amma dəqiq deyə bilmərəm, hələ görək necə olacaq”,– Zaur Kərəmov bildirib.

Marneulidə “Yay bağçalarının” çalışma təcrübəsi illərdir mövcuddur. Hər il yay bağçasının funksiyasını bələdiyyədə 1 saylı uşaq bağçası üzərinə götürür. Ötən il həmin bağça 42 körpə qəbul edib.

Qeyd edək ki, Tbilisinin Uşaq Bağçalarının İdarəsi Agentliyinin məlumatına görə “Yay bağçaları” sosial layihəsi iyul ayında həyata keçirilməyəcək. Çünki pandemiyaya görə müəyyən risklər var. Qeyd olunan qərarı anti-böhran şurası qəbul edib.

 

Print Email
FaceBook Twitter Google