Marneulidə "Covidli" son zəng
12-ci sinif şagirdləri üçün son zəng qeyri-adi rejimdə, distan şəkildə, məktəbdən uzaqda çalınıb. Yekun sinif şagirdlər üçün bu gün, 20 may tarixində təhsil prosesi başa çatdı. Xixani kəndində yaşayan Lela Maxaradze 12 ildir gözlədiyi bu günü tək qeyd edir.

“Həqiqətən də qəribə hissdir. Bu günlə bağlı tam başqa təsəvvürüm var idi. Planlarımızı qurduq amma həyata keçirə bilmədik. Təəssüf ki, son zəngi vura bilmirik. Ancaq təxirə saldıq və düşünürük ki, sonra mütləq qeyd edəcəyik. Bu gün simvolik olaraq məktəbə gəldim”.

Lela kimi Marneuli bələdiyyəsinin Tsereteli kənd ictimai məktəbinin 12-ci sinif şagirdi Mari Breqvadze də məktəbi qəribə mühitdə bitirib. Onun bizimlə söhbəti zamanı bildirdiyinə görə, sinif yoldaşları simvolik olaraq köynəkləri də yazıb və pandemiya şəraitində ən vacib və aktual atribut olan maskaları da rəngləyiblər. Təbrikləri isə distant şəkildə, müəllim və şagirdlər video çarx vasitəsilə qeydə alıb.



“Bu vəziyyətdə məktəbi bitirdiyimə görə çox üzüldüm. Amma çox sevinirəm ki, nəisə edə bildik və az da olsa qeyd etdik. Köynəklərə Covid-19 rəsmi çəkdirdik, o, düşündü və bizi də sevindirdi”.

Tsereteli ictimai məktəbinin müəllim və şagirdləri öz ürək sözlərini distant (məsafədən) şəkildə video çarx vasitəsilə hazırlayaraq məktəbin veb səhifəsində paylaşıblar.



Luka Nadiradze Tsereteli ictimai məktəbinin gürcü dilli sektorunun 12-ci sinif şagirdidir. O, sinifdə yeganə oğlan məzundur. Sinifdə ümumilikdə yeddi, 6 qız 1 oğlan təhsil alırmış.



"Vəziyyətə uyğunlaşmışdım və bir-birimizə də öyrəşmişdik. Qızlar da mənə elə yanaşırdılar ki, sinifdə tək oğlan olduğumu hiss etməyim. Planlarımız çox idi. Konsert keçirmək, ənənənəvi olaraq maşınlarla gəzməyə getmək istəyirdik. Amma təəssüf ki, koronavirus bizə mane oldu. Ruhdan düşürük amma başqa yol yoxdur".



Marneuli bələdiyyəsi miqyasında məktəbi 898 12-ci sinif şagirdi bitirib.

Marneulinin 5 saylı ictimai məktəbi də “ZOOM” vasitəsilə “Son zəngin” distan şəkildə qeyd olunmasını planlaşdırır.



Qeyd edək ki, abituriyentlər üçün “Teleməktəb” çərçivəsində ayrılmış xüsusi dərslər 15 iyuna qədər davam edəcək.

Print Email
FaceBook Twitter Google