Marneulinin “Geo Hospitals” klinikasından göndərilmiş 9 testin cavabı mənfidir

Bu gün, 21 may tarixində Marneulinin “Geo Hospitals” klinikasında koronavirusla bağlı göndərilmiş 9 testin cavabını alıblar.


Tibbi Mərkəzinin kliniki direktoru Tata Şenqelaia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, bütün testlərin cavabı mənfidir.

“Altı xəstənin və üç əməkdaşın analiz cavablarını aldıq. Bütün xəstələr Marneulidəndir və heç birində koronovirus yoxdur”,–Tata Şenqelaia bildirib.

21 may saat 11:30-a olan məlumatlara əsasən “Geo Hospitals”-a koronovirus əlaməti ilə iki nəfər gətirilib.

Marneuli bələdiyyəsi 55 gün bağlı qaldıqdan sonra 18 may tarixində açılıb.


 

Print Email
FaceBook Twitter Google