Seyid Mirtağı Əsədov Gürcüstan prezidentinin qəbul etdiyi fərmanını Konstitusiya məhkəməsinə şikayət edib (VİDEO)
Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin şeyxi və sədri Seyid Mirtağı Əsədov Gürcüstan prezidentinin qəbul etdiyi fərmanını konstitusiya məhkəməsinə şikayət edib. Şikayət ərizəsi prezidentin qəbul etdiyi fərmanının 8-ci maddəsini nəzərdə tutur. Seyid Mirtağı Əsədovun sözlərinə görə, prezident fövqəladə vəziyyət elan etməklə yanaşı, fövqəladə vəziyyət rejimini pozan vətəndaşların cərimələrini qanuniləşdirən fərman da imzalayıb. O, iddia edir ki, fövqəladə vəziyyət rejimi zamanı yazılan cərimələr qeyri-qanunidir.

Seyid Mirtağı Əsədovun dediyinə görə, prezidentin sadəcə fövqəladə vəziyyət elan etmək səlahiyyəti var, cərmələrin qanuniləşdirilməsi səlahiyyəti yoxdur. Cərimələrin qanuniləşdirilməsi yalnız parlament tərəfindən qəbul edilə bilər.

Buna görə də bir qrup Marneulili sakinlərinin etirazı əsasında 20 may tarixində imza toplanaraq, konstitusiya məhkəməsinə şikayət ərizəsi təqdim edilib. Şikayət ərizəsində fövqəladə vəziyyət elan olunduğu dövürdən 2 may tarixinə qədər vətəndaşlara yazılan cərimələrin ləğv edilməsi və dayandırılması tələb edilir.



Seyid Mirtağı Əsədovun qeyd etdiyinə görə, cərimələrin qanuniləşdirilməsini Gürcüstan Parlamenti 2 may tarixində qəbul edib.
Konstitusiya məhkəməsinə təqdim olunan şikayəti məhkəmədə Gürcüstan Vəkillər Kollegiyasının üzvü Ceyhun Məmmədov müdafiə edəcək. Vəkilin bildirdiyinə görə, qanunla prezidentin fövqəladə vəziyyət zamanı cərmələrin yazılmasını qanuniləşdirilməsinə səlahiyyəti yoxdur.



Şikayət ərizəsi 20 may tarixində Gürcüstan Poçtunun Marneuli ofisindən Gürcüstan Konstitusiya Məhkəməsinə göndərilib.



Print Email
FaceBook Twitter Google