Parlament seçkiləri ilə bağlı danışmaq üçün çox tezdir – Mahir Dərziyev
Parlament seçkilərinin keçirilməsinə 5 ay qalıb. Parlament deputatı Mahir Dərziyev “Marneuli” radiosu ilə söhbəti zamanı “Gürcü Arzusu” partiyasının Marneulidən majoritar deputatlığa kimin namizədliyini irəli sürəcəyi haqqda danışmağın tez olduğunu bildirdi.

“Təbii ki, hər bir partiya seçkilərə hazırlaşır. Bu prosesdə o cümlədən namizədlər də var. Mənim bu barədə heç bir məlumatım yoxdur. Bu haqda heç nə deyə də bilmərəm”
,– Mahir Dərziyev dedi.

Dərziyev bildirdi ki, partiya onun namizədliyini irəli sürməsini təklif etsə o, partiyanın verəcəyi qərarla razılaşacaq. O, deyir ki, verilən qərarların hər biri partiyadan asılıdır.

“Əgər partiya mənim namizdəliyimi irəli sürməsə mən majoritar deputatlığa öz namizədliyimi irəli sürmərəm”

Deputatın sözlərinə görə, hər hansı bir partiyanın və ya siyasi şuranın üzvü olan zaman namizədliyinin irəli sürülməsinə hazır olub-olmadığın soruşulur və razılıq əsasında bir neçə prosesdən sonra seçki üçün uyğun olan namizədlər seçilir.

Gürcüstanda Parlament seçkilərinin 2020-ci ilin oktyabr ayında keçiriləcəyi planlaşdırılır.


Print Email
FaceBook Twitter Google