Parlament seçkilərinin keçirilməsinə 5 ay qalıb. Parlament deputatı
Mahir Dərziyev “Marneuli” radiosu ilə söhbəti zamanı “Gürcü Arzusu”
partiyasının Marneulidən majoritar deputatlığa kimin namizədliyini
irəli sürəcəyi haqqda danışmağın tez olduğunu bildirdi.
“Təbii ki, hər bir partiya seçkilərə hazırlaşır. Bu prosesdə o
cümlədən namizədlər də var. Mənim bu barədə heç bir məlumatım
yoxdur. Bu haqda heç nə deyə də bilmərəm”,– Mahir
Dərziyev dedi.
Dərziyev bildirdi ki, partiya onun namizədliyini irəli sürməsini
təklif etsə o, partiyanın verəcəyi qərarla razılaşacaq. O, deyir
ki, verilən qərarların hər biri partiyadan asılıdır.
“Əgər partiya mənim namizdəliyimi irəli sürməsə mən
majoritar deputatlığa öz namizədliyimi irəli
sürmərəm”
Deputatın sözlərinə görə, hər hansı bir partiyanın və ya siyasi
şuranın üzvü olan zaman namizədliyinin irəli sürülməsinə hazır
olub-olmadığın soruşulur və razılıq əsasında bir neçə prosesdən
sonra seçki üçün uyğun olan namizədlər seçilir.
Gürcüstanda Parlament seçkilərinin 2020-ci ilin oktyabr ayında
keçiriləcəyi planlaşdırılır.