Marneulili fermerlər yanacaq talonunu necə almalıdır
Marneulidə aqro dizel endirim kartlarının verilməsi üçün mərkəz açılıb. Qeyd olunan mərkəzə, mədəniyyət evinin binasında səhərdən fermerlər qəbul olunur.

Araflı kənd sakini Binnət Binnətov artıq yanacaq üçün endirim kartından istifadə edib. Onun 5 hektar torpaq sahəsi var və özünün dediyinə görə, yanacaqdan qarğıdalını toplamaq üçün istifadə edəcək.



Marneulidə aqro dizel endirim kartlarının verilməsi üçün dörd nəfər hazırlanıb. Onlar arasında meriya və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də var. Mərkəzə gedən vətəndaşlar binaya termoskrininqdən və dezinfeksiyadan keçdikdən sonra buraxılır. Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kvemo Kartli Regional İdarəsinin rəhbəri Qeronti Sivsivadze deyir ki, yardım almaq üçün prosedur asandır. Vətəndaşa aid olan yanacaq talonu şəxsiyyət vəsiqəsi əsasında verilir.

“0.25 hetardan yuxarı torpaq sahəsi qeydiyyatda olan vətəndaşlar bir hektarı hesablamaqla 150 litr endirim kartı alacaqlar və “Socar Georgia”nın benzin doldurma dayanacaqlarından istifadə edəcəklər. Yanacağı isə həmin vaxt mövcud olan qiymərdən bir lari ucuz qiymətə alacaqlar”.

Güzəşt almaq üçün əsas tələblərdn biri odur ki, şəxsin mütləq İctimai Reyetsrdə torpaq sahəsi qeydiyyatda olmalıdır. Başqa halda talon verilmir. Sivsivadze deyir ki, vətəndaşın şəxsi nömrəsi əvvəlcədən yaradılmış bazaya daxil edilir, sistemdə onun olub olmaması yoxlanılır və nəticədə avtomatik olaraq müvafiq talonlar çap olunur və təhvil vermə-qəbul etmə aktı bağlanır.

“Aqro dizel yanacağının yardım kartında başqa layihələrdə olduğu kimi xüsusi məhdudiyyətlər yoxdur. Burada məhdudiyyət var ki, minimal torpaq sahəsi 0.25, maksimum isə 100 hektar olmalıdır. Yəni 150 litri 100 vursaq 15 000 litr alınır və bundan artıq neçə hektar olsa da daha ala bilməyəcək. Bu bizdən asılı deyil. Kompüterdə aplikasiya doldurulmalıdır və avtomatik olaraq hər şeyi göstərir”.



Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kvemo Kartli Regional İdarəsinin rəhbəri Qeronti Sivsivadzenin sözlərinə görə, bələdiyyə miqyasında olan adamlara yalnız Marneuli Mədəniyyət Mərkəzi xidmət göstərə bilməz. Ona görə də talon vermək həm də müxtəlif qurumların səlahiyyətidir.

“Ədliyyə Evləri, İctimai mərkəzlər, Qaçağanda və Sadaxlıda olan mərkəzlər, Liberti Bank da prosesə qoşulublar. Onlar da 1 iyundan çalışmağa başlayacaqlar. Çünki müəyyən infrastruktur hazırlanmalıdır və ona qədər Mədəniyyət Evinə kim gələrsə heç kimin ürəyini qırmayacağıq. Əgər lazım olarsa biz xidmət nümayəndələrinin sayını artıracağıq amma hələ buna ehtiyac yoxdur.”

Sivsivadzenin sözlərinə görə, Marneuli ərazi birliyi nümayəndələrinə artıq üç dildə material təqdim olunub və əhaliyə məlumatlandırmaq üçün paylanması tapşırığı verilib.

“Məlumat materialları gürcü, azərbaycan və erməni dilindədir. Onlar kənddə mərkəzi yerlərə yapışdırılacaq. Həmçinin, bizim əlaqə nömərmiz də qeyd olunub. Qrafik düzəldirik ki, xaos vəziyyət alınmasın. Bu qrafik isə bu gün axşam bütün kənd müvəkkilərinə veriləcək”.

Aqro dizel güzəşt kartının verilməsi mərkəzi Marneulidə, Mədəniyyət Evinin binasında hökumətin anti-böhran planı çərçivəsində kənd və kənd təsərrüfatının inkişaf agentliyi və meriyanın dəstəyi ilə açılıb.

Paralel olaraq daha bir “Kənd təsərrfütatı torpaq sahiblərinin stimullaşıdırılması” proqramı da aparılır. Proqram 2020-ci ilin sonuna qədər davam edəcək.

Topraq sahəsi qeydiyyatda olmayan fermerlər dövlət yardım proqramına qoşula bilməyəcəklər.

Print Email
FaceBook Twitter Google