Aşağı Saral İcma Mərkəzinin Son zəng məzunlarına video təbriki (VİDEO)
Gürcüstanda hər il 15 may tarixindən başlayaraq 25 may tarixinə qədər məktəblərdə son zəng keçirilərdi. Amma çox təəssüf ki, bu il koronavirusa görə məktəblərdə son zəng şənlikləri keçirilmədi. Bu vəziyyətin olması məzunların əksəriyyətinin üzüntüsünə səbəb oldu.

Aşağı Saral İcma Mərkəzinin fəal gəncləri son zəng üçün hər il bir-birindən gözəl səhnəciklər, musiqilər və rəqslər təşkil edər, bu yolla məzunlara öz təbrik və arzularını çatdırardılar. Ancaq bu il bunu edə bilmədilər və buna görə də qısa da olsa bir video vasitəsi ilə öz təbriklərini çatdırdılar.



Beləliklə onlarla gənc bu ilki məzunları səmimi qəlbdən təbrik edir və gələcək həyatlarında bol uğurlar arzu edirlər!

Müəllif: İdris Rüstəmov
"Marneuli" Radiosu
Print Email
FaceBook Twitter Google