Ölkə xaricində olan müəllimlər dərslərini onlayn şəkildə keçə bilərlər
Karantindən əvvəl xarici ölkəyə gedib karantinə görə ölkəyə qayıda bilməyən müəllimlər dərslərini onlayn şəkildə keçə bilərlər.

“Marneuli” radiosu ilə söhbəti zamanı Marneuli Resurs Mərkəzinin direktoru Kənan Ömərov bildirdi ki, karantindən əvvəl dekretə çıxıb xarici ölkəyə səfər edən və ya başqa hər hansı bir iş səbəbi ilə ölkə xaricində olan müəllimlər “Teams” və ya “Zoom” proqramı ilə dərslərə qoşularaq, dərslərini onlayn şəkildə keçə bilərlər.

Ömərov bildirdi ki, müəllimlərin dərslərini məktəbin verdiyi cədvələ uyğun olaraq distant şəkildə keçməsində heç bir problem yoxdur. Lakin ölkə xaricində olan müəllim onlayn şəkildə dərslərini keçmək istəməsə, bu zaman o, yaşadığı ölkədən məktəbə müraciət edərək, tətili uzatması ilə bağlı onlayn şəkildə sənəd təqdim etməlidir.

Qeyd edək ki, ictimai məktəblərdə onlayn şəkildə dərslər 15 iyun tarixinədək davam edəcək.

Print Email
FaceBook Twitter Google