Müəllimlər illik qiymətləri fərqli qaydada hesablamalı
olacaqlar.
Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin qərarına
əsasən şagirdlərin milli təhsil planı ilə nəzərdə tutulmuş
qiymətlndirilmə qaydası dəyişib. Dəyişikliyə yeni təhsil modelinə
keçid səbəb olub. Bizimlə söhbəti zamanı 2 və 5 saylı ictimai
məktəblərinin vətəndaş təhsili, coğrafiya və tarix müəllimi Temur
Suğaşvili bildirdi ki, Təhsil Nazirliyindən şagirdlərin
qiymətləndirilməsi ilə bağlı bir neçə alternativ təklif alıblar.
Pedaqoq düşünür ki, bu prosesin distant təhsilə qoşula bilməyən
şagirdlərə yanaşmada müəyyən qədər formallığı da var.
“Elə şagirdlər var ki, interneti və texniki vasitələri
yoxdur. Bu halda mənim təcrübəm belədir ki, onların sinif
yoldaşlarından (qonşularından) xahiş edirəm ki, şagirdlərə də
tapşırığımızı çatdırsınlar. Ancaq ümumilikdə elə təhsil ili alındı
ki, mən hansısa şagirdə pis qiymət yazılmasını və payız imtahanına
çıxarılmasını ədalətsizlik hesab edirəm. Pandemiya bütün dünya
qrafikini və yaşamı dəyişdi.”
Suğaşvili kimi Tsereteli ictimai məktəbinin müəllimi Maka
Menteşaşvili də bir növ formal xarakterdən danışır. Pedaqoq deyir
ki, yeni təhsil modelinə şagirdlərin hamısını qoşa bilmir.
“Distant qiymətləndirmə bütün şagirdlərin qoşulduğu
halda problem olmazdı. Bu halda isə bütün şagirdlər qoşulmayıb və
bir az çətindir. İndi verilmiş tövsiyələrə əsasən keçən semestrdə
olan bala ikinci semetrdə neçə həftə keçimişiksə, o da əlavə
olunur. Həmin ballar hesablanır və onların ədədi ortası ilə yekun
bal yazılır. Düşünürəm ki, yalnız distant təhsilə görə
qiymətləndirmə obyektiv olmayacaq.”
Marneulinin 2 saylı ictimai məktəbinin daha bir pedaqoqu Qiorqi
Çauçidze deyir ki, şagirdləri yeni sistemə əsasən qiymətləndirməkdə
çətinlik çəkməyəcək.
“Belə qiymətləndirmə problem deyil. Müvafiq olaraq mən
kimə dərs keçirəmsə, hamısı müsbət qiymətə layqidir və növbəti
sinifə keçəcək.”
Qeyd edək ki, Marneuli məktəblərində yeni təhsil modelinə keçid çox
problemə səbəb olub. Onlar arasında internetin olmaması,
texnologiyaların əlçatan olmaması, ictimaiyyətin bir qisminin
kompüterdən istifadə edə bilməməsini qeyd etmək olar. Bunların
hamısı valideynlərin məsuliyyətini ikiqat artırdı.
Qeyd edək ki, 2019-2020-ci tədris ili 15 iyunda başa çatacaq.