Marneulinin məktəb müəllimləri şagirdlərin qiymətləndirilməsinin yeni qaydası barədə

Müəllimlər illik qiymətləri fərqli qaydada hesablamalı olacaqlar.


Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin qərarına əsasən şagirdlərin milli təhsil planı ilə nəzərdə tutulmuş qiymətlndirilmə qaydası dəyişib. Dəyişikliyə yeni təhsil modelinə keçid səbəb olub. Bizimlə söhbəti zamanı 2 və 5 saylı ictimai məktəblərinin vətəndaş təhsili, coğrafiya və tarix müəllimi Temur Suğaşvili bildirdi ki, Təhsil Nazirliyindən şagirdlərin qiymətləndirilməsi ilə bağlı bir neçə alternativ təklif alıblar. Pedaqoq düşünür ki, bu prosesin distant təhsilə qoşula bilməyən şagirdlərə yanaşmada müəyyən qədər formallığı da var.

“Elə şagirdlər var ki, interneti və texniki vasitələri yoxdur. Bu halda mənim təcrübəm belədir ki, onların sinif yoldaşlarından (qonşularından) xahiş edirəm ki, şagirdlərə də tapşırığımızı çatdırsınlar. Ancaq ümumilikdə elə təhsil ili alındı ki, mən hansısa şagirdə pis qiymət yazılmasını və payız imtahanına çıxarılmasını ədalətsizlik hesab edirəm. Pandemiya bütün dünya qrafikini və yaşamı dəyişdi.”

Suğaşvili kimi Tsereteli ictimai məktəbinin müəllimi Maka Menteşaşvili də bir növ formal xarakterdən danışır. Pedaqoq deyir ki, yeni təhsil modelinə şagirdlərin hamısını qoşa bilmir.

“Distant qiymətləndirmə bütün şagirdlərin qoşulduğu halda problem olmazdı. Bu halda isə bütün şagirdlər qoşulmayıb və bir az çətindir. İndi verilmiş tövsiyələrə əsasən keçən semestrdə olan bala ikinci semetrdə neçə həftə keçimişiksə, o da əlavə olunur. Həmin ballar hesablanır və onların ədədi ortası ilə yekun bal yazılır. Düşünürəm ki, yalnız distant təhsilə görə qiymətləndirmə obyektiv olmayacaq.”

Marneulinin 2 saylı ictimai məktəbinin daha bir pedaqoqu Qiorqi Çauçidze deyir ki, şagirdləri yeni sistemə əsasən qiymətləndirməkdə çətinlik çəkməyəcək.

“Belə qiymətləndirmə problem deyil. Müvafiq olaraq mən kimə dərs keçirəmsə, hamısı müsbət qiymətə layqidir və növbəti sinifə keçəcək.”

Qeyd edək ki, Marneuli məktəblərində yeni təhsil modelinə keçid çox problemə səbəb olub. Onlar arasında internetin olmaması, texnologiyaların əlçatan olmaması, ictimaiyyətin bir qisminin kompüterdən istifadə edə bilməməsini qeyd etmək olar. Bunların hamısı valideynlərin məsuliyyətini ikiqat artırdı.

Qeyd edək ki, 2019-2020-ci tədris ili 15 iyunda başa çatacaq.

"Marneuli" Radiosu

 

Print