Xüldərədə 25 yaşlı gənc həmkəndlisini qarət edib
Marneuli bələdiyyəsinin Xüldərə kəndində 25 yaşlı gənc 77 yaşlı həmkəndlisini qarət edib.

Müttəhim zərərçəkənin evinə daxil olub, ona qarşı fiziki güc tətbiq edib və 1 600 lari götürərək hadisə yerindən qaçıb gizlənib.

Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi veb səhifəsində yayılmış məlumata görə, Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri operativ-əməliyyat nəticəsində qarət törətməkdə ittiham olunan 1995-ci il təvəllüdlü A.B.-ni hadisədən bir neçə saat sonra isti izlərlə saxlayıb.

Polis qarət olunmuş pulu maddi dəlil kimi müsadirə edib.

DİN-in bəyanatına görə, baş vermiş faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2-ci və 3-cü hissəsi ilə istintaq aparılır.

Törədilmiş cinayətə görə 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.



Print Email
FaceBook Twitter Google