Marneuli bələdiyyəsində koronovirusdan 27 nəfər sağalıb. Bu barədə
məlumatı Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze
verib. Laperadzenin sözlərinə görə, ümumilikdə 29 nəfər covid-19-a
yoluxub.
Onlardan ikisi hələ müalicə olunur, 27 nəfər isə sağalıb.
Qeyd edək ki, Marneulidə 21 gündür koronavirusa yoluxma halı qeydə
alınmayıb.
Marneuli bələdiyyəsi 23 mart tarixində bağlanmışdı. Hökumət qeyd
olunan qərarı Marneulidə virusa yoluxma halı qeydə alındıqdan sonra
vermişdi. 18 may tarixindən isə artıq bələdiyyənin inzibati
sərhədləri açılıb.