Koronavisussuz 22 gün – Marneuli “Geo Hospitals” klinikası
Marneulinin “Geo Hospitals” klinikasında koronavirus əlamətləri ilə heç bir xəstə yoxdur.

Xəstəxananın kliniki direktoru Tata Şenqelaia “Marneuli” radiosuna bildirib ki, tibbi mərkəzə 25 may tarixində koronavirus əlamətləri ilə xəstə gətirilməyib. 26 may tarixində saat 12:00-a qədər də klinikaya koronavirus əlamətləri ilə xəstə gəlməyib.

Marneulinin “Geo Hospitals” klinikasında artıq 22 gündür ki, virusa yoluxma qeydə alınmayıb. 6 maydan 9 maya qədər aparılmış 1 635 testdən yalnız ikisinin cavabı müsbət olub.

Marneuli bələdiyyəsi 55 gün bağlı qaldıqdan sonra 18 may tarixində açılıb.

"Marneuli" Radiosu

 

 

Print