Məktəblərdə birinci sinfə qeydiyyatının ikinci mərhələsi davam edir
Məktəblərə birinci siniflərin qeydiyyatının ikinci mərhələsi davam edir. Marneuli Təhsl Resurs Mərkəzinin rəhbəri Kənan Ömərovun bizimlə söhbəti zamanı bildirdiyinə görə, qeydiyyat onlayn rejimdə həyata keçirilir. Valideynlər sənədlərin surətini göndərməli olurlar.

“İndi qeydiyyatın ikinci mərhələsidir və 1 iyun tarixinə qədər davam edəcək. Sonra 2 iyun tarixindən sərbəst qeydiyyat başlayacaq. Hər şey elektron şəkildə, distant qaydada olur. Məktəblərə sənədlərin surətlərini göndərirlər”, – Kənan Ömərov deyir.

Qeydiyyatın ikinci mərhələsi 11 may tarixindən 1 iyuna qədərə həyata keçiriləcək. Sənədlərin təqdim olunması isə 11 maydan 5 iyula qədər mümkün olacaq.

İndiki mərhələdə məktəbə qeydiyyatdan keçə bilərlər:
  • Bacı-qardaşı onun oxumaq istədiyi məktəbdə oxuyursa;
  • Valideyn həmin məktəbin əməkdaşıdırsa;
  • Ailədən eyni zamanda iki və ya daha çox uşaq birinci sinfə gedir.
III mərhələ – ümumi qeydiyyat 2 iyunda başlayacaq və 25 iyun tarixinə qədər davam edəcək. Sənədlərin təqdim olunması isə 2 iyundan 5 iyula qədər davam edəcək.

Qeydiyyat təshilin idarəolunması məlumat sisteminin rəsmi səhifəsində – registration.emis.ge – həyata keçiriləcək. Elektron qeydiyyatı valideyn/qanuni nümayəndə edir. Təyin olunmuş vaxt ərzində qəbul üçün lazım olan sənədlər təqdim edilmədiyi halda qeydiyyat avtomatik ləğv olunur.

IV mərhələdə – birinci siniflərin qeydiyyatı və sənədlərin təqdim olunması 20 avqustda başlayacaq və 10 sentyabra qədər davam edəcək.
İndiki mərhələdə azad edilmiş/vakant yaxud qalmış boş yerlərə I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyən yaxud qeydiyyatı dəyişmək istəyənlər qəbul olunacaq.

Dördüncü mərhələdə şagirdin qeydiyyatını ictimai məktəb valideynin/qanuni nümayəndənin təqdim etdiyi vacib sənədlər əsasında təmin edir.

Təhsilin İdarəolunması məlumat veb-səhifəsinin bildirdiyinə görə, şagirdin birinci sinfə qəbul olunması üçün vacib sənədlər bunlardır:

Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizdə qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi əks olunmalıdır, eləcə də Gürcüstanın ümumi inzibati məcəlləsinin 78-ci maddəsi ilə nəzərdə tutulmuş tələbi qane etməlidir. Qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti və Gürcüstanda yaşama icazəsini təsdiq edən sənədin surəti (belə hal mövcud olarsa). Sənədlərin xarici dildə təqdim olunması halında Gürcüstan qanunverciyili ilə nəzərdə tutulmuş qaydalara əsasən gürcü dilinə tərcümə də təqdim olunmalıdır.

Şagirdin doğum şəhadətnaməsi yaxud şəxsiyyət vəsiqəsinin surəti və Gürcüstanda yaşama icazəsini təsdiq edən sənədin surəti (belə hal mövcud olarsa). Sənədlərin xarici dildə təqdim olunması halında Gürcüstan qanunverciyili ilə nəzərdə tutulmuş qaydalara əsasən gürcü dilinə tərcümə də təqdim olunmalıdır.

Print Email
FaceBook Twitter Google