Məktəblərə birinci siniflərin qeydiyyatının ikinci mərhələsi davam
edir. Marneuli Təhsl Resurs Mərkəzinin rəhbəri Kənan Ömərovun
bizimlə söhbəti zamanı bildirdiyinə görə, qeydiyyat onlayn rejimdə
həyata keçirilir.
Valideynlər sənədlərin surətini göndərməli olurlar.
“İndi qeydiyyatın ikinci mərhələsidir və 1 iyun
tarixinə qədər davam edəcək. Sonra 2 iyun tarixindən sərbəst
qeydiyyat başlayacaq. Hər şey elektron şəkildə, distant qaydada
olur. Məktəblərə sənədlərin surətlərini göndərirlər”,
– Kənan Ömərov deyir.
Qeydiyyatın ikinci mərhələsi 11 may tarixindən 1 iyuna qədərə
həyata keçiriləcək. Sənədlərin təqdim olunması isə 11 maydan 5
iyula qədər mümkün olacaq.
İndiki mərhələdə məktəbə qeydiyyatdan keçə bilərlər:
- Bacı-qardaşı onun oxumaq istədiyi məktəbdə
oxuyursa;
- Valideyn həmin məktəbin əməkdaşıdırsa;
- Ailədən eyni zamanda iki və ya daha çox uşaq birinci
sinfə gedir.
III mərhələ – ümumi qeydiyyat 2 iyunda başlayacaq
və 25 iyun tarixinə qədər davam edəcək. Sənədlərin təqdim olunması
isə 2 iyundan 5 iyula qədər davam edəcək.
Qeydiyyat təshilin idarəolunması məlumat sisteminin rəsmi
səhifəsində – registration.emis.ge – həyata keçiriləcək. Elektron
qeydiyyatı valideyn/qanuni nümayəndə edir. Təyin olunmuş vaxt
ərzində qəbul üçün lazım olan sənədlər təqdim edilmədiyi halda
qeydiyyat avtomatik ləğv olunur.
IV mərhələdə – birinci siniflərin qeydiyyatı və
sənədlərin təqdim olunması 20 avqustda başlayacaq və 10 sentyabra
qədər davam edəcək.
İndiki mərhələdə azad edilmiş/vakant yaxud qalmış boş yerlərə I, II
və III mərhələlərdə qeydiyyatdan keçə bilməyən yaxud qeydiyyatı
dəyişmək istəyənlər qəbul olunacaq.
Dördüncü mərhələdə şagirdin qeydiyyatını ictimai məktəb
valideynin/qanuni nümayəndənin təqdim etdiyi vacib sənədlər
əsasında təmin edir.
Təhsilin İdarəolunması məlumat veb-səhifəsinin bildirdiyinə görə,
şagirdin birinci sinfə qəbul olunması üçün vacib sənədlər
bunlardır:
Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizdə qanuni nümayəndənin
yaşayış yeri və telefon nömrəsi əks olunmalıdır, eləcə də
Gürcüstanın ümumi inzibati məcəlləsinin 78-ci maddəsi ilə nəzərdə
tutulmuş tələbi qane etməlidir. Qanuni nümayəndənin şəxsiyyət
vəsiqəsinin surəti və Gürcüstanda yaşama icazəsini təsdiq edən
sənədin surəti (belə hal mövcud olarsa). Sənədlərin xarici dildə
təqdim olunması halında Gürcüstan qanunverciyili ilə nəzərdə
tutulmuş qaydalara əsasən gürcü dilinə tərcümə də təqdim
olunmalıdır.
Şagirdin doğum şəhadətnaməsi yaxud şəxsiyyət vəsiqəsinin surəti və
Gürcüstanda yaşama icazəsini təsdiq edən sənədin surəti (belə hal
mövcud olarsa). Sənədlərin xarici dildə təqdim olunması halında
Gürcüstan qanunverciyili ilə nəzərdə tutulmuş qaydalara əsasən
gürcü dilinə tərcümə də təqdim olunmalıdır.