Marneulidə yol-nəqliyyat hadisəsi baş verib (FOTO)
Marneuli şəhərinin X. Xəlilov küçəsində yol nəqliyyat hadisəsi baş verib. Verilən məlumata görə, qəza zamanı sürücü idarəetməni itirib və avtomobil arxa düşüb. Hadisə yerinə polis və yanğın söndürən maşını səfərbər olunub.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin ikinci hissəsi ilə istintaq aparılır. Həmin maddə nəqliyyatın hərəkəti təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.

Xəbərdə istifadə olunan şəkillər Fuad Qəhrəmanovun "Facebook" səhifəsindən götürülüb.

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google