Marneuli şəhərinin X. Xəlilov küçəsində yol nəqliyyat hadisəsi baş
verib.
Verilən məlumata görə, qəza zamanı sürücü idarəetməni itirib və
avtomobil arxa düşüb. Hadisə yerinə polis və yanğın söndürən maşını
səfərbər olunub.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata
görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin
ikinci hissəsi ilə istintaq aparılır. Həmin maddə nəqliyyatın
hərəkəti təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını
nəzərdə tutur.
Xəbərdə istifadə olunan şəkillər Fuad Qəhrəmanovun "Facebook"
səhifəsindən götürülüb.