Marneulili özünü işlə təmin edən şəxslərə dövlət yardımı almaq üçün “Mülki Məşğulluq Mərkəzində” kömək edəcəklər
“Mülki Məşğulluq Mərkəzlər Şəbəkəsi” və “İFES Georgia” Marneuli və Axaltsixedə yeni layihəyə başlayır. Layihənin məqsədi koronavirusa görə pandemiya şəraitində işini itirmiş şəxslərə yardım göstərməkdir.

Marneuli Mülki Məşğulluq Mərkəzində özünü işlə təmin edənlərə qeydiyyatdan keçməkdə yardım edəcəklər və bunun vasitəsilə onlar dövlət tərəfindən 300 larilik yardım ala biləcəklər.

Marneuli Mülki Məşğulluq Mərkəzinin koordinatoru Mariam Samxaradze “Marneuli” radiosu ilə söhbətində bildirir ki, mərkəzin əməkdaşları və könüllülər vətəndaşlara gürcü və azərbaycan dilində yardım edəcək.

“Xidmətdən yararlanmaq üçün vətəndaşlar bizim qaynar xəttə zəng vurmalı və vizit təyin etməlidirlər. Biz şənbə bazar günündən başqa hər gün saat 10:00-dan 13:00-a kimi çalışırıq. Vətəndaşlar özləri ilə yardım almaq üçün lazım olan sənədləri gətirməlidirlər ki, qeydiyyatdan keçə bilsinlər. Bunun üçün şəxsiyyət vəsiqəsi, bank rekvizitləri və 2020-ci ilin ilk üç ayında çalışdıqlarını təsdiq edən hansısa sənəd gətirməlidirlər”, – Mariam Samxaradze deyib.

Marneulili özünü işlə təmin edənlər görüşü təyin etmək üçün 0800000040 nömrəsinə zəng vura bilərlər:

Marneuli Mülki Məşğulluq Mərkəzi Marneulidə Qiorqadze #1 ünvanında yerləşir.

Özünü işlə təmin edənlər dövlət yardımı almaq üçün Səhiyyə Nazirliyinin veb-səhifəsində Moh.gov.ge-də qeydiyyatdan keçə bilərlər.

Marneuli özünü işlə təmin edənlərə 300 larilik yardım almaq üçün Sosial Xidmət Agentliyinin Marneuli rayon Şöbəsində də yardım göstərirlər.



Gürcüstan hökumətinin böhrana qarşı planına əsasən işsiz qalanlar, işə götürülənlər, özünü işlə təmin edənlər dövlətdən yardım alacaqlar.

Əsas foto: Mülkü Məşğulluq Mərkəzinin səhifəsindən götürülüb

Print Email
FaceBook Twitter Google