Hansı hallarda ictimai nəqliyyata minməyə icazə verilməyəcək

29 may tarixindən Marneulidə ictimai nəqliyyatın hərəkəti bərpa olunacaq.


Nəqliyyat fərqli rejimdə çalışacaq və sərnişinlər üçün maska taxmaq məcburi olacaq. Tövsiyələrə əməl etmək üçün aparılacaq vacib tədbirlər haqqında 28 may tarixində meriyada müzakirə aparılıb və nəqliyyat şirkətinin nümayəndələri ilə görüşüblər.

“Ekspress Turist” MMC-nin rəhbəri İuri Samxaradze “Marneuli” radiosu ilə söhbətində deyir ki, sərnişinlərə ayaq üstə durmaq qadağan olunacaq. Vəziyyətə isə onların rəhbəri nəzarət edəcək.

“İlk növbədə sürücü maska və əlcək taxmalıdır. Sürücünün dezinfeksiya məhlulu olacaq və xırda pullar aldıqda mütləq əllərini məhlulla təmizləyəcək. Mənim dispetçerlərim var və onlara vəziyyətə, sürücülərə nəzarət edəcəklər. Qızılhacılıda çıxdıqları yerdə nəzarət olunacaq.”

Samxaradze deyir ki, sabahdan onun şirkətinin 18 avtobusu artırılmış gediş haqqı ilə fəaliyyətinə davam edəcək.

“Bizdə Saimerlo xəttində yol haqqı 50 tetri idi və olduğu kimi qalacaq, amma şəhərdə qiymət 10 tetri artıb. Yəni 40 tetri idi indi 50 tetri olacaq. Biz digər nəqliyyat şirkəti ilə (“Avtopark”) qrafiklə bağlı razılığa gələcəyik. 5-6 dəqiqədən bir çıxacağıq. İndiyə qədər 10-12 dəqiqədən bir çıxırdıq.”


Marneuli bələdiyyəsinin balansından olan daha bir nəqliyyat şirkəti “Avtopark” gediş haqqını artırmır. Həmin şirkətin direktoru Qiqa Calağonia deyib ki, avtobusların qrafikinin dəyişdirilməsi planlaşdırılır.

“Əvvəlkindən fərqli olaraq nəqliyyat daha tez-tez hərəkət edəcək. Sabah bütün avtobuslar xətdə olacaq. Maksa taxmaq vacib olacaq və sərnişinlərə ayaq üstə durmaq olmaz. Buna bizim xidmət nəzarət edəcək. Biz gediş haqqını artırmırıq, hələ ki, olduğu kimi qalacaq."

Gürcüstanın Baş naziri Qiorqi Qaxaria nəqliyyatın fəaliyyətinin bərpası haqqında məlumatı 27 iyunda verib.

8 iyun tarixindən ölkədə şəhərlərarası nəqliyyatın hərəkəti də bərpa olunacaq.

Marneulidə bütün növ ictimai nəqliyyatın hərəkəti 17 mart tarixində dayandırılmışdı.

 

Print Email
FaceBook Twitter Google