Marneulinin "Geo Hospitals" klinikasından koronavirusla bağlı göndərilmiş 2 analizə cavab alıblar
Bu gün, 28 may tarixində Marneulinin “Geo Hospitals” klinikasından koronavirusla bağlı göndərilmiş 2 analizə cavab alıblar.
Xəstəxananın kliniki direktoru Tata Şenqelaia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, xəstələrin hər ikisi Marneulidəndir.

Onların heç birində koronavirus aşkarlanmayıb.

28 may saat 11:00-a olan məlumata görə, Marneulinin “Geo Hospitals” klinikasına koronavirus əlamətləri ilə iki xəstə gətirilib.

Marneulinin “Geo Hospitals” klinikasında 24 gündür ki, virusa yoluxma qeydə alınmayıb. 6 maydan 9 may tarixinə qədər aparılan 1 635 testdən yalnızı ikisinin cavabı müsbət olub.

Marneuli bələdiyyəsi 55 gün bağlı qaldıqdan sonra 18 may tarixində açılıb.

Print Email
FaceBook Twitter Google