Marneulinin "Geo Hospitals" klinikasından koronavirusla bağlı yoxlamaya 5 analiz göndərəcəklər
Bu gün, 29 may tarixində Marneulinin “Geo Hospitals” klinikasından koronovirusla bağlı 5 analiz göndəriləcək.
Tibbi Mərkəzin direktoru Tata Şenqelaianın sözlərinə görə, xəstələr Tsalka və Marneuli bələdiyyəsindəndir. Bir nəfər isə onların əməkdaşıdır.

“Dünən testləri göndərmədik. Bu gün beş analiz göndəririk və baxaq sabah cavablar necə olacaq”, – Tata Şenqelaia bildirib.

Marneulinin “Geo Hopsitals” klinikasında 25 gündür virusa yoluxma halı qeydə alınmayıb. 6 maydan 9 may tarixinə qədər aparılan 1 635 testdən yalnız ikisinin cavabı müsbət olub.

Marneuli bələdiyyəsi 55 gün bağlı qaldıqdan sonra 18 may tarixində açılıb.

Print