Xəbərlər
"Səhər bir neçə sürücüyə səhvən bahalaşdırılmış qiymətlər veriblər, artıq dəyişiblər" - Yuri Samxaradze
“Artıq hamı qiyməti 50 tetri yazıb. Səhər bir neçə sürücüyə səhvən bahalaşdırılmış tarif veriblər. Artıq dəyişdiriblər”, – bu bəyanatı 1 və 2 nömrəli marşrutların rəhbəri Yuri Samxaradze “Marneuli” radiosuna verib.
O, nəqliyyat vasitələrində təyin edilmiş yeni tariflər haqda bizdən eşitdikdən və məsələni araşdıracağına vəd verdikdən sonra qeyd olunan bəyanatı verib.



Şirkət direktorunun sözlərinə görə, təxminən dörd marşrut sürücüsü nəqliyyat vasitəsinə yanlış şəkildə çap edilmiş qiymətlər asıbmış.

Yuri Samxaradze 28 may tarixində “Marneuli” radiosuna verdiyi məlumatda əhaliyə vəd verimişdi ki, gediş haqqı yalnız Marneulidə 10 tetri bahalaşacaq. Ancaq kənd marşrutlarına minən sərnişinlər səhər yeni tariflə qarşılaşıb.

Marneulinin 1 və 2 nömrəli “marşutkalarında” yol haqqı 50 tetridir. Tariflər yalnız Marneulidə 10 tetri bahalaşıb.

Bələdiyyənin balansında olan avtobuslarda eyni tarif qalır Marneulidə ictimai nəqliyyatın hərəkəti 29 may tarixində bərpa olunub. Sərnişinlər üçün maska taxmaq məcburidir və sərnişin daşınması oturacaqların sayından asılıdır.
"Marneuli" Radiosu
ICON_SEP Print ICON_SEP