Nərimanovun heykəli ilə bağlı Hucabinin Yepiskopu Qiorqi müsəlman ruhani şəxslərlə görüşüb
28 may tarixində Marneuli və Hucabi eparxiyasının Yepiskoplar Rezidensiyasında Gürcüstanın Müsəlmanlar İdarəsinin müftisi Hafiz Poluxov, Hucabi yepiskopu Qiorqi ( Camdeliani) ilə görüşüb.
Məlumatı “Marneulinin Hucabisi” səhifəsi yayımlayıb.

“Görüş olduqca nəticəli və dostluq mühitində keçdi. Gürcülərin və Azərbaycanlıların əsrlər boyu davam edən dostluğundan və Marneuli bələdiyyəsində son dövrdə baş verən hadisələrlə bağlı söhbət aparıldı. Həmçinin, Marneuli şəhərinin mərkəzi küçəsində yerləşən Sovet Şurasının hakimiyyət nümayəndəsi Nəriman Nərimanovun abidəsi məsələsi də danışılıb. Baş tutan müzakirədən sonra görüş iştirakçılar tərəfindən yekdilliklə bir doğru fakt təsdiqlənib ki, bu şəxsiyyət sovet rejiminin tanınmış nümayəndəsi dinə və millətə qarşı neqativ işlər həyata keçirib.”

“Marneulinin Hucabisi” tərəfindən yayımlanmış paylaşımda qeyd edilib. Paylaşımda yerli ictimaiyyətlə bu kimi görüşlərin keçirilməsi gələcəkdə də davam edəcək.

“Marneuli” radiosu hələ də görüş iştirakçıları ilə əlaqə saxlamağa çalışır ki, görüşün kimin təşkilatçılığı ilə keçirildiyini və tərəflərin konkret nə müzakirə erdiyini müəyyən edək. Yepiskop Qiorqi və Bələdiyyə məclisinin üzvü Rövşən İsgəndərov hələ də radionun zənglərinə cavab vermirlər.

Gürcüstan müsəlmanlar idarəsinin müftisi Hafiz Poluxov bizə cavab verdi ancaq xahiş etdi ki, sonra əlaqə saxlayaq. Sonra isə zənglərimizə cavab vermədi.

"Marneuli" Radiosu

Print