Gürcüstanda "Ehtiyac Sahibi Ailələrə Ərzaq Yardımı" aksiyası keçirilib - FOTO
Türkiyə respublikasının Xaricdə yaşayan Türklər və Qohumluq İcmaları Rəhbərliyinin və Yaradıcı Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə Gürcüstanda "Ehtiyac Sahibi Ailələrə Ərzaq Yardımı" aksiyası keçirilib.

Yaradıcı Gənclər Akedemiyasından (YGA) "Marneuli" radiosuna verilən məlumata görə, ərzaq yardımı Marneuli, Dmanisi, Qardabani, Bolnisi, Rustavi və Qaraçöpdə yaşayan aztəminatlı ailələr üçün nəzərdə tutulub. Yardım aksiyası zamanı ümumlikdə 200 aztəminatlı ailə üçün ərzaq paketi hazırlanıb.

Təşkilatdan o da bildirilib ki, aksiya bir neçə gün davam edəcək.



Print Email
FaceBook Twitter Google