Mareti kəndində koronavirusa yoluxanların təmasda olduqları şəxslər müəyyənləşdirilir

Mareti kəndində koronavirusa yoluxanların təmasda olduqları şəxslərin müəyyənləşdirilməsi işləri aparılır.


Evlərdə dezinfeksiya işləri həyata keçirilir. Məlumatı meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsindən təsdiq etdilər və merə istinadən bildirdilər ki, sürətli testlərin, özünütəcrid və bütün müvafiq tədbirlərin aparılması planlaşdırılır. Kəndin bağlanıb-bağlanmayacağı sualına cavab olaraq meriyadan bildirdilər ki, bu barədə hələlik söhbət getmir.

Bu gün, 1 iyun tarixində Marneulinin Mareti kəndində üç nəfər koronavirusa yoluxub. Marneuli meri Zaur Darğallı və müavinləri “Marneuli” radiosunun zənglərinə cavab vermir.

Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının kliniki direktoru Marina Ezuqbaianın bildirdiyinə görə, koronaviusa yoluxma halları yeni mənbələrlə əlaqəli deyil. Virusa yoluxanlar bir ailənin üzvləridir.

 

Print Email
FaceBook Twitter Google